Telesatış üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Company: PASHA Insurance

Role summary

Telesatış üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis is a full-time role at PASHA Insurance in Baku, Azerbaijan (on-site). Posted 2026-10-27. Experience level: 2-5.

Job title
Telesatış üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Company
PASHA Insurance
Location
Baku, Azerbaijan
Work arrangement
on-site
Employment type
full-time
Category
Software Engineering
Experience level
2-5
Date posted
2026-10-27

Join the professional team at PASHA Insurance, where you'll focus on connecting with clients and driving sales through meaningful telephone interactions. It is a fantastic opportunity to grow your career within a reputable firm while working toward clear targets and ensuring high-quality service for every customer.

Job description

“PAŞA Sığorta” ASC namizədləri Telesatış üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Telesatış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis şirkətin sığorta məhsul və xidmətlərinin telefon vasitəsilə potensial və mövcud müştərilərə təqdim edilməsi, satışının həyata keçirilməsi və müştəri məmnuniyyətinin təmin edilməsinə cavabdehdir. Rolun əsas məqsədi müəyyən edilmiş satış hədəflərinə nail olmaq, müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək, satış həcmini artırmaq və effektiv kommunikasiya vasitəsilə yeni satış imkanlarını reallaşdırmaqdır.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

Şirkətin sığorta məhsul və xidmətlərinin potensial və mövcud müştərilərə telefon vasitəsilə aktiv satışını həyata keçirmək, satış həcminin intensiv artırılmasını və müəyyən edilmiş satış hədəflərinin tam yerinə yetirilməsini təmin etmək;

Təqdim edilmiş müştəri bazası üzrə sistemli və intensiv əlaqə yaratmaq, satış imkanlarını müəyyənləşdirmək və potensial müştəriləri real satış nəticələrinə çevirmək;

Müştəri ehtiyaclarını operativ və dəqiq müəyyənləşdirərək uyğun sığorta məhsullarını təklif etmək və satışın uğurla tamamlanmasına nail olmaq;

Yüksək satış nəticələri əldə etmək məqsədilə effektiv satış texnikalarından istifadə etmək, müştəri etirazlarını inamla idarə etmək və satışın tamamlanmasına mane olan amilləri aradan qaldırmaq;

Fərdi satış göstəricilərini və müəyyən edilmiş performans hədəflərini müntəzəm izləmək, nəticələrin yaxşılaşdırılması üçün proaktiv tədbirlər görmək;

Satış prosesini şirkətin daxili prosedurlarına, xidmət keyfiyyəti standartlarına və müvafiq normativ tələblərə uyğun həyata keçirmək;

Sığorta məhsullarının şərtləri, üstünlükləri və əhatə dairəsi barədə müştərilərə dəqiq və dolğun məlumat vermək, məhsul biliklərini satış nəticələrinin artırılması məqsədilə effektiv tətbiq etmək;

Telefon danışıqlarının nəticələrini, müştəri məlumatlarını və satış fəaliyyətini müvafiq informasiya sistemlərində düzgün və vaxtında qeydiyyata almaq;

Satış nəticələri, müştəri müraciətləri və əsas performans göstəriciləri üzrə hesabatlılığı təmin etmək;

Mövcud müştəri münasibətlərini inkişaf etdirmək, təkrar satış imkanlarını müəyyənləşdirmək və müştəri portfelinin genişləndirilməsinə töhfə vermək;

Satış prosesinin effektivliyinin artırılması, satış yanaşmalarının təkmilləşdirilməsi və yeni satış imkanlarının müəyyənləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək.

BİLİKLƏR

Ali təhsil;

Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür;

MS Office proqramları, xüsusilə Excel və Outlook ilə işləmək bacarığı;

Aktiv satış, telefon satış texnikaları, danışıqların aparılması və müştəri etirazlarının idarə edilməsi üzrə biliklər;

Sığorta məhsulları və xidmətləri haqqında biliklərin olması üstünlükdür.

TƏCRÜBƏ

Telesatış və ya aktiv satış sahəsində təcrübəyə üstünlük verilir;

Satış hədəfləri və performans göstəriciləri əsasında işləmək təcrübəsi arzuolunandır;

Sığorta sahəsində iş təcrübəsinin olması əlavə üstünlük hesab edilir.

BACARIQLAR

Effektiv şifahi ünsiyyət və telefon satışları bacarıqları;

İnandırma, etirazların idarə edilməsi və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi bacarığı;

Nəticəyönümlülük və satış hədəflərinə nail olmaq motivasiyası;

Analitik düşünmə və problem həll etmə bacarıqları;

Müştəri məmnuniyyəti və xidmət keyfiyyətinə fokuslanmaq;

Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;

Vaxtın idarə edilməsi və prioritetlərin müəyyənləşdirilməsi bacarığı;

Çeviklik, təşəbbüskarlıq və məsuliyyətlilik.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Telesales Specialist / Lead Specialist / Senior Specialist

PAŞA Insurance OJSC invites candidates to apply for the position of Telesales Specialist / Lead Specialist / Senior Specialist and become a member of our professional team.

The Tele-sales Specialist / Lead Specialist / Senior Specialist is responsible for presenting and selling the Company's insurance products and services to prospective and existing customers via telephone, as well as ensuring customer satisfaction. The primary objective of this role is to achieve established sales targets, accurately identify customer needs, increase sales volume, and generate new sales opportunities through effective communication.

RESPONSIBILITIES

Actively sell the Company's insurance products and services to prospective and existing customers via telephone, ensuring a significant increase in sales volume and full achievement of established sales targets;

Establish systematic and proactive communication with the assigned customer database, identify sales opportunities, and convert prospects into successful sales;

Promptly and accurately identify customer needs, recommend suitable insurance products, and successfully close sales;

Apply effective sales techniques to achieve high sales performance, confidently manage customer objections, and overcome barriers to successful sales closure;

Regularly monitor individual sales performance and established KPIs, taking proactive measures to improve results;

Conduct sales activities in compliance with the Company's internal procedures, service quality standards, and applicable regulatory requirements;

Provide customers with accurate and comprehensive information regarding insurance products, incl

Apply for Telesatış üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis at PASHA Insurance

More software engineering jobs nearby